Siyasət

“Bələdiyyə seçkiləri bitmədən başqa bir seçkinin keçirilməsi qərarı doğru deyil”

Azərbaycanda dekabrın 23-də bələdiyyə, fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçiriləcək. İki seçki dönəmi müəyyən müddət üst-üstə düşür. Bələdiyyə seçkilərində təşviqat mərhələsi parlament seçkilərində namizədlərin verilməsi dövrünə təsadüf edir.

Amerikanınsesi.org-un yaydığı məlumata görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, bələdiyyə seçkiləri başa çatmadan, növbədənkənar parlament seçkilərinin keçirilməsi texniki baxımdan Dairə Seçki Komissiyalarının (DSK) işini çətinə salacaq.

Anar Məmmədli-yə görə, həm təşviqat kampaniyası, həm də seçicilərin adlarının siyahısının dəqiqləşdirilməsi iri həcmli işlərdir və bələdiyyə seçkiləri bitmədən başqa bir seçkinin keçirilməsi qərarı doğru deyil:

“Ən azından siyasi rəhbərlik nəzərə almalıydı ki, bir seçki bitmədən növbəti seçki üçün seçki komissiyalarını yükləmək olmaz. Heç olmasa, seçkiləri 9 fevrala yox, 25 fevrala təyin etsəydilər, daha məqsədəuyğun olardı. Axı ölkədə hansı əlahiddə hadisə olub ki, bir seçki başa çatmadan ikincini təyin edirlər? Çox təəssüf ki, hakimiyyət olduqca qapalı şəkildə çalışdığından seçkiyə tələskən qərar anlaşılmır. Ona görə qərarın problemlər yarada biləcəyi mümkündür”

Daha çox göstər
Back to top button