ArtsaxBaşlıca

Qvatemala konqresinin birinci vitse-prezidenti Felipe Aleksos Lorensan Artsax Parlamentində olub

Artsax Respublikasının Parlamentinin sədri Aşot Ğulyan Qvatemala Respublikası konqresinin 1-ci vitse-prezidenti Felipe Aleksos Lorensan və konqres üzvü Xuan Ramon Lau qəbul etdi.

Artsax Respublikasının Parlamentindən verilən məlumata görə, Aşot Ğulyan qeyd etdi ki, Qvatemala Respublikasının parlament nümayəndə heyətinin Artsaxa səfəri Mərkəzi Amerkia ölkələri ilə parlamentlərarası münasibətlər qurmaq üçün yeni imkanalr açır. Aşot Ğulyan Artsaxın dövlət quruculuğu, parlamentdə yaradılan dostluq qrupları və dairələr haqqında məlumatlar verib.

Dağlıq Qarabağ-Azərbaycan münaqişəsinə toxunan Konqresin birinci vitse-prezidenti Felipe Aleksos Lorensan qeyd etdi ki, millətlərin öz müqəddəratını təyin etmə hüququna və münaqişənin bütün tərəflərinin iştirakı ilə məsələnin danışıqlar yolu ilə həllinə tərəfdardır.

O, həmçinin Artsax Parlamentinin rəhbərinə Ermənistan Respublikası Parlamenti ilə başlayan münasibətlər, xüsusən də iki parlament arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə məlumat verdi.
Konqresin deputatı Xuan Ramon Lau Latın Amerikasında Artsax haqqında həqiqi məlumatın və iki ölkə arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətiə diqqət yetirib.

Görüş ərzində Dağlıq Qarabağ-Azərbaycan münaqişəsini, danışıqlar prosesini, ATƏT Minsk qrupunun vasitəçilik fəaliyyətinəı dair məsələlər müzakirə olunub.

Daha çox göstər
Back to top button