BaşlıcaSiyasət

Son günlərdə sərhəddə gərginlik yoxdur: Qabriel Balayan

Ermənistan-Azərbaycan sərhədində və Artsax-Azərbaycan təmas xəttində son günlərdə gərginlik yoxdur, atışmalar azalıb. Bunu jurnalistlərlə görüşdə ER Müdafiə nazirinin müavini Qabriel Balayan bildirib.

“Hazırda sərhəddə vəziyyət əvvəldə Cümə, Şənbə və Bazar günlərində olduğundan çox daha sakitdir. Son üç gündə sərhəddə gərginlik yoxdur, açılan atəşlərin sayı olduqca azalmışdır. Düşünürəm ki, bu, rəqibin adekvat cavab alması ilə əlaqədardır. Hava şəraitinə görə nizamsız atışlar da tez-tez olur. Bəzən sisdə bir şey görərlər, bunun nə olduğunu başa düşmürlər və atəş açırlar”,-deyə Balayan qeyd etdi.

Onun sözlərinə görə, sərhəddə hər şey operativ nəzarəti altındadır və hazırda genişmiqyaslı və ya müdafiə hücumu əlamətləri yoxdur.

Daha çox göstər
Back to top button