BaşlıcaSiyasət

Yerevanda Ermənistan-Gürcüstan 2-ci hüquqi forumu başlayıb

Dekabrın 9-da Yerevanda Ermənistan-Gürcüstan hüquqi əməkdaşlığın ikinci formu başlayıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilir. Tədbirdə ER Baş nazirinin müavini Tigran Avinyan, Gürcüstan Baş nazirinin müavini, Ədliyyə naziri Tea Tsulukiani, ER Ədliyyə naziri Rustam Badasyan, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Dmitri Mariyasin, Aİ nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin sədri Gonzalo Serano Dı La Rosa və digər məmurlar iştirak edib.

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə təşkil olunan iki günlük forumun müzakirələri iki ölkədə məhkəmə-hüquq islahatları, elektron ədliyyə vasitələrinin tətbiqi, insan hüquqlarının müdafiəsinin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə, cəzalandırma siyasəti və cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuşdur.

Daha çox göstər
Back to top button