ER prezidenti Armen Sargsyan Artsaxın Müstəqillik referendumu və Konstitusiya günü münasibətilə Artsax prezidenti Bako Sahakyanı təbrik etdi. Bu barədə ER prezidenti administrasiyasından məlumat verilir.
ER prezidentinin təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Artsax Respublikasında qeyd olunan 3 bayram – Artsax Müstəqilik referendumu, Konstitusiya və beynəlxalq İnsan hüquqlarının müdafiəsi günü münasibətilə Sizi təbrik edirəm.
Mayda qeyd olunan üç bayram hərbi qələbələrin ümumiləşdirilməsidirsə, dekabrda olan üç bayram 1991-ci ilin dekabrın 10-dan bəri bu qələbələrin hüquqi tərtibidir. Bu, suveren Artsaxda müstəqil dövlətçiliyin qurulmasından və demokratik proseslərin çevrilməz olduğundan xəbər verir.
Artsaxın müstəqilliyinin elan edilməsi ümummilli xəyalın bir hissəsi, Artsax Konstitusiyasının qəbul edilməsi isə, bu xəyalın qanuni təməli idi. Bu gün bizim ümumi iradəmizin həyata keçirməsinin başqa bir istiqaməti var, o da azad və müstəqil Vətənin – Ermənistan və Artsaxın gücləndirməsi və çiçəklənməsidir. Bu yolu birgə, əl-ələ keçməyə davam edəcəyik, çünki bu uğur və qələbə yoludur”.