İctimaiyyət

“Azərbaycanda korrupsiya sistemi yerində qalır”

Dekabrın 9-u Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür. Bu sahədə araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində Azərbaycanda korrupsiya halları və hökumətin bu sahədə siyasətindən danışıb.

Xədicə İsmayılova: “Mən ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin şahidi deyiləm. Azərbaycanda bu, niyyətdə, əməldə görünmür. Mən korrupsiya ilə mübarizənin başlandığını o zaman görərəm ki, Azərbaycanda məmurlar, başda prezident olmaqla, ümumiyyətlə bütün məmurlar gəlir və əmlak deklarasiyalarını (bəyannamə-red) bəyan etsinlər. Bundan sonra bilinər ki, məmurlar bizneslə məşğuldurlar və ya qeyri-qanuni hansısa gəlir götürürlər ya yox”. 

Xadica İsmayılova qeyd edib ki, Azərbaycanda korrupsiya ilə mübarizə yox, sadəcə fiqurların dəyişdirilməsi var, korrupsiya sistemi yerində qalır.

“Mən korrupsiya ilə mübarizənin başlandığını onda bilərəm ki, kommersiya hüquqi şəxlərin təsisçiləri barədə məlumatlar açıq olsun. Mən korrupsiya ilə mübarizənin başlandığını onda bilərəm ki, ölkədə büdcəyə nəzarət etmək üçün qeyri-hökumət təşkilatlarına şərait yaradılsın. Bizim ölkəmizdə bunların heç biri baş vermir. Mən boş bəyanatları və ya hansısa kosmetik yerdəyişmələri korrupsiya ilə mübarizə hesab etmirəm”,-deyə jurnalist vurğuladı.

Daha çox göstər
Back to top button