İctimaiyyət

Azərbaycanda yanğın nəticəsində ən böyük tikinti materialları və texnika bazarlarından birinə ciddi ziyan dəyib

Dekabrın 10-da səhər Binəqədi rayonundakı “EuroHome” tikinti materialları bazarında yanğın baş verib.

Yanğın bir neçə min kvadrat metr ərazini alov bürüyüb.  FHN vertolyotunun cəlb edilməsilə də yanğını tez söndürmək mümkün olmayıb.

Turan agentliyinə əaaaən, böyük maddi ziyanın dəydiyi indidən məlum olur. Bu, öz miqyasına görə bir il öncə paytaxtın Xətai rayonundakı “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində dəyən zərəri ötür.

Yanğın səbəbindən Bakı-Sumqayıt yolu bağlanıb, 9 şəxs yaralanıb.

Daha çox göstər
Back to top button