Erməni Soyqırımının tanıma prosesi həm də soyqırımların qarşısını almaq üçün addımdır: Mnatsakanyan

Dünən Ermənistanın Xİ naziri Zohrab Mnatsakanyan BMT-nin Soyqırımların qurbanlarının anma gününə həsr olunmuş tədbirdə iştirak edib.
“Ermənistan gələcək soyqırımların qarşısının alınması üçün tədbirlər hazırlamaqda beynəlxalq birliyin birgə səylərinə öz töhfəsini verməkdə qərarlıdır”, – deyə Xi nazirliyinin verdiyi məlumata görə, nazir Mnatsakanyan öz çıxışında qeyd edib.
Nazirin sözlərinə görə, bu gün artan ekstremizm, insan hüquqlarına hörmətlə yanaşması məsələsində beynəlxalq öhdəliyin azalması dövründə, bəşəriyyətin üzləşdiyi digər ciddi problemlərə qarşı təhsil və soyqırımın qarşısının alınması da əsas əhəmiyyətə malikdir.
“İnkar və cəzasızlıq qarşısının alınması üçün əsas maneələrdir. İnkar edilmiş ədalət soyqırımdan xilas olan nəsilləri təqib edir və həqiqi barışığa mane olur. İnkara qarşı mübarizə həmişə ən böyük prioritetlərimizdən biri olmuşdur. Soyqırımı yaşamış bir xalq olaraq, “bir daha əsla” gündəminin irəli sürməsi üçün öhdəliyimizi anlayırıq. Bu çərçivədə, Erməni Soyqırımının tanınması prosesi yalnız ədalətimizi tanımaq üçün bir addım deyildir, həm də soyqırımların qarşısını almaq üçün addımdır, çünki bu mesajdır ki, cəzasızlıq işləməyəcək”- deyə o, qeyd edib.