
Ermənsitanda fəaliyyət göstərən atom elektrik stansiyasının 2036-cı ilə qədər işləmək potensiala mailikdir. Bu barədə ER Ərazi İdarəetmə və İnfrastrukturlar naziri Suren Papikyan bildirib.
“Mən razı deyiləm ki, kimsələrlə, o cümlədən Avropa Birliyi ilə işlərin başa çatması və 2026-cı ildə atom elektrik stansiyasının fəaliyyətinin dayandırılmasına dair razılıq əldə olunub”- deyə nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan enerji baxımından yalnız özünü təmin edən ölkə yox, eyni zamanda enerji ixrac edən ölkə kimi qalmalıdır. Hazırda atom elektrik stansiyası enerjinin 40 faizini təmin edir, lakin tam gücü ilə işlədiyində 50 faziə çata bilər.