BaşlıcaSiyasət

“Avronest” PA-nın iclasında Azərbaycanda dövlət siyasətinə çevrilmiş ermənifobiyaya toxunulub

ER Parlamentinin nümayəndə heyəti Gayane Abrahamyanın rəhbərliyi ilə dekabrın 7-10-də Tbilisidə Şərq tərəfdəşlığının “Avronest” Parlament Assambleyasının komitə iclasınnda işitrak edib. Bu barədə Parlamentin mətbuat və ictimaiyyətlə əlaqədər şöbəsindən məlumat verilib.

İclasda ER Parlamentinin nümayəndə heyətinin sədri Gayane Abrahamyan Ermənistan-Aİ münasibətlərinə və Şərq tərəfdaşlığı formatının inkişaf perpektivlərinə toxunub. O qeyd etdi ki, əsas prioritetlərdən biri demokratik dəyərlərin və təməl hüquqların qorunması olmalıdır. Bu kontekstdə Azərbaycanda insan hüquqlarının pozulmasına, ermənifobiyanın dövlət səviyyəsiə çevrilməsinə, Avropa ailəsinin demokratik və ədalətli dəyərlər sisteminə uyğun olmayan və bu ailədə yeri olmayan bir dövlətin qeyri-konstruktiv siyasətinə toxunulub.

Azərbaycan nümayəndə heyətinin üzvünün Artsax tərəfi saxlanılmış Azərbaycan vətəndaşlarını azad buraxılmamasına dair iddiasına toxunan nümayəndə heyətinin üzvü Taron Simonyan qeyd etdi ki, saxlanılmış insanlar əsir deyildirlər, onlar teroristdir, yetkinlik yaşına çatmayan Smbat Tsakatyanı oğurlayıb öldürən qatillərdir. Bundan başqa, onlar bir mülki şəxsi qaçırıblar və bir gənc qadını yaraladılar.

“Qatillər tutulub və məhkum edilib. Beynəlxalq müşahidəçilər, hüquq müdafiəçilərinin və KİV nümayəndələrinin işitrakı ilə keçirilən ədalətli, açıq məhkəmə prosesində onların  günahı sübut edilib”- deyə Ermənistanın nümayəndə heyətinin üzvü bildirib.

Daha çox göstər
Back to top button
Close