BaşlıcaSiyasət

Ermənistan və Finlandiya arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi

ER Müdafiə naziri David Tonoyan Finlandiya Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arya Makkoneni (iqamətgah Helsinki) və yeni təyin olunmuş hərbi attaşe, mayor Yan Pukilanı (iqamətgah Moskva) qəbul etdi. Bu barədə Ermənistan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan və Finlandiya arasında müdafiə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdilər. İki ölkənin xüsusən də erməni və fin qoşunlarının birgə missiyasının həyata keçirildiyi yerlərdə – Əfqanıstan, Kosovo və Livanda beynəlxalq sülh və sabitlik əməliyyatlarına aktiv töhfəsinin əhəmiyyəti vurğulandı.

Görüşdə regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə edildi.

Daha çox göstər
Back to top button