
Argentinanın yeni təyin olunmuş xarici işlər naziri Felipe Sola Ermənistan xarici işlər nazirinin müavini Qriqor Hovhannisyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
ER Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər Ermənistan və Argentinanın xarici siyasətində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar və ticari-iqtisadi əlaqələrin dərinləşməsi və aktivləşməsi perspektivlərini müzakirə ediblər.
Felipe Sola Argentinanın Ermənistanla ənənəvi isti münasibətlərini davam etdirməyə və iqtisadi əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha təsdiqlədi.