ER Baş naziri Nikol Paşinyan Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Sebastian Molineusu qəbul etdi. Görüşdə Dünya Bankının Ermənistandakı ofisinin sədri Silvi Bosutğo da iştirak edib.
ER Baş naziri administrasiyasından verilən məlumata görə, Baş nazir Dünya Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirərək qeyd edib ki, əməkdaşlıq çərçivəsi Ermənistan Respublikası Hökumətinin prioritetlərinə və ölkənin inkişaf perspektivlərinə tam uyğundur. Nikol Paşinyan qeyd edib ki, 2019-cu ildə Ermənistan iqtisadiyyatı əhəmiyyətli artım və nailiyyətlər əldə etdi və bu, daha böyük sürət və ardıcıllıqla islahatların davam etdirilməsi üçün yaxşı şərtlər yaradır.
Tərəflər mövcud birgə layihələr barədə fikir mübadiləsi apardılar və tərəfdaşlığın genişləndirilməsi perspektivləri barədə danışdılar. Xüsusilə iqtisadi artım, turizm, texnologiya, innovasiya, rəqəmsallaşma, nəqliyyat infrastrukturunun inkişafı, məhkəmə, təhsil və səhiyyə islahatları sahələrində əməkdaşlıq imkanlarına toxunulub.