BaşlıcaSiyasət

ER SQ nümayəndə heyəti Rusiyaya getdi

ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Andranik Makaryanın rəhbərlik etdiyi nümayəndə heyət Moskvada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının hazırlanması və keçirilməsi ilə bağlı konfransda iştirak etmək üçün Rusiyaya getdi.

Bu haqda ER Müdafiə Nazirliyi məlumat yayıb.

ER SQ nümayəndə heyəti həmçinin Beynəlxalq Yarışların Təşkili komitəsinin şurasının ikinci iclasında,  Baş Hakimlər Kolegiyasının müşavirəsində, təşkilati məsələlərin aydınlaşdırılması və yarış qaydalarındakı dəyişikliklərin müzakirələrində, habelə oyunların təşkilatçısı dövlətlərin Silahlı Qüvvələrinin müşavirəsində iştirak edəcəkdir.

Daha çox göstər
Back to top button