BaşlıcaSiyasət

Ermənistan və Artsax təhlükəsizliyinin bir nömrəli müdafiəçisi Erməni Ordusudur: Nikol Paşinyan

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan  son 1.5 il ərzində Erməni Silahlı Qüvvələrində  keçirilən əhəmiyyətli dəyişikliklərini mühüm sayır. Bu barədə  Nikol Paşinyan  müdafiə Nazirliyinin 2020-ci  ilin büdcə ayırmaları ilə bağlı məsləhətləşmə zamanı bildirib.

“Mən açıq şəkildə bildirimək istəiyrəm ki,  təhlükəsizlik çox komponentli amildir. Burada həm iqtisadi, həm siyasi, həm  psixoloji, həm diplomatik  komponent var, amma  bununla belə qeyd etmək istəyirəm ki, Ermənistan və Artsax təhlükəsizliyinin  bir nömrəli müdafiəçisi Silahlı Qüvvələrdir, Erməni Ordusudur və bu  məsələdə vacib hesab edirəm ki, son 1.5 il ərzində  orduda aydın dəyişikliklər keçirilib.

Bu müddətdə  son illər üçün  görünməmiş  həcmdə  silahlar əldə edilib.  Vurğulamaq istəyirəm ki,   bu silah bizə müharibə üçün deyil, sülh üçün lazımdır. Çünki təəssüf ki,  bölgədə bir sıra ölkələrin yerinə yetirdiyi aqresiv siyasətini Ermənistan  məhdudlaşdırıcı siyasətlə cavab verməlidir və biz  müdafiə sahəsində, silahlı qüvvələrin inkişafı sahəsində məhz belə siyasət aparırıq”- deyə Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button