
9-12 dekabrda Ermənistan Müdafiə Nazirliyinə müdafiə təhsilinin inkişafı və yaxşı davranışın möhkəmləndirilməsi üzrə məsləhət dəstəyi verən NATO ekspert qrupu Yerevanda oldu. Bu barədə ER MN-dən məlumat verilir.
Səfərin məqsədi ER Müdafiə Nazirliyi kadrları və Hərbi Təhsil İdarəsi və hərbi təhsil müəssisələri ilə 2019-cu il əməkdaşlıq planının yekunlaşdırması, 2020-ci il əməkdaşlıq planı ilə bağlı ilkin müzakirələri və MN hərbi təhsil müəssisələrinin 4-cu sınıf kursantları üçün nəzərdə tutulan “Yaxşı idarəetmə və davranış” dərsinin pilot layihəsinin başlanması idi. ER Müdafiə Nazirliyində keçirilmiş işgüzar görüş zamanı erməni tərəfi hərbi təhsil sahəsində və hərbi təhsil müəssisələrində həyata keçirilmiş islahatlar barədə hesabatlar təqdim edib.
Səfər nəticələri ER Müdafiə nazirinin müavini Qabriel Balayan ilə görüşdə yekunlaşdırıldı. Həmçinin hərbi təhsil sahəsində aparılan islahatlarla bağlı gündəm məsələləri müzakirə edildi və gələcək əməkdaşlıq yolları müəyyənləşdirildi.