
Qarabağ məsələsində tərəflərin fərqli mövqelərinə baxmayaraq qarşılıqlı anlaşma mümkündür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərlə brifinq zamanı deyib.
“O ki qaldı mövqelərin fərqliliyinə, bu, aydın məsələdir. Əks təqdirdə danışıqlar prosesi olmazdı. Biz öz tərəfimizdən həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması naminə vasitəçi kimi bu dialoqun davam etdirilməsinə hər cür yardımı göstərəcəyik. Əlimizdən gələni edəcəyik ki, dialoq konstruktiv şəkildə davam etdirilsin və tərəflər qarşılıqlı məqbul həllə gəlib çıxa bilsinlər”.
M.Zaxarovanın sözlərinə görə, “fərqli mövqelərə və “qırmızı xətlərə” baxmayaraq” artıq bəzi sahələrdə dialoq nümunələri vardır.
“Söz jurnalistlərin qarşılıqlı səfərlərindən gedir”,-deyə o qeyd etdi.