BaşlıcaErməni Soyqırımı

Türkiyənin yürütdüyü siyasəti erməni xalqı və Ermənistan üçün təhdid olaraq qalmaqdadır: ER Baş naziri

Amerika Birləşmiş Ştatları Senatının tərəfindən qətnamənin qəbul olunması  Erməni Soyqırımının tanınma prosesini yeni  səviyyəyə qaldırır. ER Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinin 2020-ci  büdcə ayrılmaları  barədə məsləhətləşmənin əvvəlində ABŞ Senatında  Erməni Soyqırımının tanınma qətnaməsinin qəbul olunmasına toxunaraq qeyd edib.

“Erməni soyqırımının beynəlxalqcasına tanınması bizim üçün  nəinki  tarixi həqiqəti qeyd etmək  baxımdan, həm də qlobal soyqırımın qarşısının alınması hərəkatının mühüm tərkib hissəsi kimi vacibdir. Qeyd etmək vacibdir ki, Erməni Soyqırımının tanınması  bzim üçün  həm də təhlükəsizlik komponentinə malikdir və bu proses  bizim iki ölkə və xalqlarmız   təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Vurğulamaq istəyirəm ki, 1915-ci ilin Soyqırmı deyil, Türkiyənin inkar siyasəti,  Türkiyənin bu siyasətinin Ermənistan xalqı və Ermənistan Respublikası üçün təhdid olaraq qaldığını açıq şəkildə göstərir”- deyə ER Baş naziri qeyd etdi.

Nikol Paşinyanın sözlərincə, ümumilikdə, ABŞ və bir sıra digər ölkələrin  qəbul etdiyi qəraları  Türkiyənin bölgədəki təcavüzkar və dağıdıcı siyasətini də əks etdirir.

“Gəlin bölgəmizdə baş verənlərə baxaq: Türkiyənin Suriya, İraq, Kipr, Yunanıstana qarşı aqresiv siyasəti aparır və Türkiyə Ermənistanı mühasirədə saxlayır və bütün bunlar aktiki olaraq bu gün bölgəmizdəki Türkiyənin rolunu göstərir. Beynəlxalq cəmiyyət  Türkiyənin hərəkətləri ilə bağlı açıq bir mövqe bildirməli və Türkiyəni bölgədəki rolunu yenidən qiymətləndirməyə və yenidən nəzərdən keçirməyə təşviq etməlidir. Ermənistan Respublikasının bütün əvvəlki hökumətləri kimi, hökumətimiz də Türkiyə ilə münasibətləri ön şərt olmadan qurmağa hazır olduğumuzu bildirir və demişdik ki, Erməni Soyqırımının tanınması Türkiyə ilə münasibətlərimizin gündəlik məsələsi deyildir”- deyə Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button