
ER Baş nazir müavini Tiqran Avinyan Litva səfiri İnqa Stanite-Toloçikeneni qəbul edib. Bu barədə ER Baş nazir müavini Tiqran Avinyanın ofisindən məlumat verilib.
Görüşdə İnqa Stanite-Toloçkiene deyib ki, Ermənistanda keçirilən islahatları təşviq etmək üçün Litva texniki dəstəyini genişləndirməyə hazırdır.
Tiqran Avinyan ticarət-iqtisadi əlaqələrin inkişafını mühüm sayaraq, Ermənistan-Litva hökumətlərarası komissiyasının fəaliyyətini vurğulayıb. Komissiyanın növbəti iclasının gələn il Vilnüsdə keçirilməsi planlaşdırılır.
Həmsöhbətlər investisiya təşviqi, informasiya texnologiyaları, bərpa olunan enerji, tullantıların təkrar emalı ilə bağlı məsələləri müzakirə etdilər. Yerevan- Vilnüs birbaşa reysinin açılması imkanlarına da toxunulub.