
Ermənistan Respubliaksının Prezidenti Armen Sarqsyan Qətər Dövlətinin əmiri Tamim bin Hamad Al Taninin dəvəti ilə Dohada nüfuzlu “Doha Forum”unda iştirak edib. O, forumda plenar iclasında çıxış etdi.
Bu barədə ER Prezidentinin Administrasiyasından məlumat verilib.
“Çoxölçülü Dünyada İdarəetməni yenidən düşünmək” başlığı ilə keçirilən forum dəyişən dünyada effektiv idarəetmə sistemlərinin inkişafına həsr olunub.
Prezident Armen Sarqsyan öz çıxışında qlobal dünyanın inkişaf meyllərinə toxunuraraq qeyd etdi ki, gələcək təbii qaynaqlara deyil, təhsilə, süni intellektə, yeni texnologiyalara əsaslənəcək.
Ermənistan barədə danışan Prezident Sarqsyan qeyd etdi ki, ölkəmizin bu məsələdə üstünlüyü var.
“Ermənistanın üstünlüyü təkcə minilliklər boyu əldə etdiyimiz mədəni irs deyil, eyni zamanda təhsil, elm və texnologiyanı çox dəyərləndirməyimizdir. Məsələn, Fransa, Almaniya və İngiltərə kimi inkişaf etmiş ölkələrə ixrac etdiyimiz bir təhsil və elmi sistem yaratmağı bacardıq”- deyə Armen Sarqsyan qeyd etdi.