İctimaiyyət

Polad Aslanov istintaqı “qərəzli” hesab edərək ifadə verməkdən imtina edir

Ötən cümə jurnalist Polad Aslanovun barəsində yenidən istintaq hərəkəti aparılıb. Lakin  jurnalist növbəti dəfə müstəntiqə ifadə verməkdən imtina edib. Turan agentliyinə əsasən, bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova Facebook səhifəsində bildirib.

Jurnalist imtinanın səbəbini ona qarşı işin sifariş xarakterli olması, müstəntiqin qərəzliliyi ilə izah edib.

“Həbsim sifariş olduğu üçün müstəntiq Kənan Əliyev istintaqı qərəzli aparır,tanımadığım insanların yalan ifadələri əsasında və tanıdığım insanlara ailə üzvləri ilə hədə-qorxu gələrək mənim əleyhimə ifadə verməyə məcbur edir.Bu səbəbdən ifadə verməkdən imtina edirəm”, – jurnalist yazaraq qeyd edib.

Daha çox göstər
Back to top button