BaşlıcaSiyasət

Rustam Badasyan Ermənistanın korrupsiyaya qarşı mübarizəsini təqdim edib

Ədliyyə naziri Rustam Badasyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabiyə etdiyi səfər çərçivəsində BMT korrupsiyaya qarşı konvensiyasının üzv dövlətlərinin 8-ci iclasında çıxış edib. Bu barədə ER Ədliyyə nazirliyindən bildirilir.

Nazir bildirib ki, 7-ci iclasdan sonra 2 il ərzində  Ermənistan  siyasi və istitusional sahələrdə xüsusən  müxtəlif  səviyyələrdə korrupsiyaya qarşı mübarizə və qarşısının alınma baxımından  demokratiyaya keçib.  Bu kontekstdə  Rustam Badasyan  vurğulayıb ki, yeni Hökumətin fəaliyyəti korrupsiyaya qarşı mübarizəyə,  qanunun aliliyinin möhkəmləndirilməsinə, sabit cəmiyyətin quruluşuna həsr  olunur və əlavə edib ki, 2018-ci ilin dekabrında keçirdiyi  növbədənkənar parlament seçkiləri  beynəlxalq və yerli müşahidəçi təşkilatlar tərəfindən  azad, ədalətli, qərəzsiz və demokratik adlandırılıb.

Nazir, korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən işləri dəqiqləşdirərək  2017-ci illə müqayisədə 2018-ci ildə korrupsiya ilə əlaqədar açılmış cinayət işlərinin statistikasını, bunun da 60% artdığını, həmçinin institusional tədbirləri təqdim etdi: Korrupsiyaya qarşı strategiyasının qəbul edilməsi, Korrupsiyaya qarşı mübarizə komissiyasının yaradılması, QHT və beynəlxalq tərəfdaşların tövsiyələri əsasında təkmilləşdirilmiş bəyannamə prosesi, korrupsiyaya qarşı təlim proqramlarının yaradılması, həyata keçiriləməsi, korrupsiya cinayətləri barədə xəbərdarlıq sisteminin tətbiqi və xəbərdarlıq edənlərin müdafiəsinin qanunvericilik təminatlarının verilməsi və s.

Daha çox göstər
Back to top button