Başlıcaİctimaiyyət

Talış bloqer Azərbaycana deportasiya edildi

Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü, milliyyətcə talış olan İsayev Elvin İltixam oğlu 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Ukraynadan Azərbaycana deportasiya edilib.

Armradio.am TolishMedia informasiya agentliyinə istinadən xəbər verir ki, E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, 39 yaşlı talış bloqer son aylarda çox aktiv şəkildə fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.

Daha çox göstər
Back to top button