
Ermənistan Respublikasının Müdafiə naziri David Tonoyan Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalı qəbul edib. ER Müdafiə nazirliyindən verilən məlumata görə,görüş ərzində Ermənistan-Hindistan ikitərəfli müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Hərbi-texniki əməkdaşlıq və bu il ərzində qazanılan uğurlar diqqətə çatdırılıb, həmçinin 2017-ci ildən bəri əməkdaşlığın bütün istiqamətlərində görülən işlər üm olduqca mühüm hesab edilib.Tərəflər hərbi-texniki, hərbi təhsil, təlim, sülhməramlılıq, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəlmişlər.Görüş ərzində eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.