Başlıcaİctimaiyyət

Turizmin inkişafı üçün bütün rayonlarda 20-22 layihə həyata keçiriləcək

ER Parlamentinin İqtisadi Məsələlər üzrə Daimi Komitəsinin üzvü Hripsime Qrigoryanın başçılığında fəaliyyət göstərən turizm məsələləri üzrə işçi qrupu “Ermənistanda Turizmin İnkişafı 2020-2030” layihəsini müzakirə etdi. Bu barədə parlamentin saytı məlumat yayıb.

110 səhifədən ibarət layihə hazırlanma mərhələsindədir. Yanvarda layihə ER hökumətinə təqdim olunacaq.

Turizm komitəsinin sədri deyib ki, “Ermənistanda Turizmin İnkişafı 2020-2030” layihəsi gələcək 10 il, fəaliyyət planı isə, 5 il üçün hazırlanmışdır. Sahəni inkişaf etdirmək üçün Ermənistanın bütün rayonlarında 20-22 layihə həyata keçiriləcəkdir. Turizm komitəsi, turizm mərkəzlərinin ətrafını və yollarını yaxşılaşdırmağa diqqət ayıraraq, investorlar və donor təşkilatlarla işləyir.

Daha çox göstər
Back to top button