Siyasət
2019-cu ildə Azərbaycanda xarici kəşfiyyata işləyən 15 nəfər müəyyən edilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində qeyd olunub ki, “Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər müəyyən edilib”.
Bildirilib ki, xarici münaqişə zonalarında (məsələn “İslam Dövləti” teror qruplaşmasının sıralarında) döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Qeyd olunub ki, il ərzində 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.