Diasporada yaşayan ermənilər Ermənistanda 45 şirkət açıblar

ER yüksək texnologiyaları və sənaye naziri Hakob Arşakyan qeyd etdi ki, 2019-cu ildə texnologiya sahəsində imtiyazı ilə 45 şirkət açılıb. Bu barədə Arşakyan mətbuat konfransında bildirib.
“Bu ildə texnologiya sahəsində vergi güzəştləri almaq üçün təxminən 230 yeni qurulmuş şirkət müraciət edib. Ümumlikdə, imtiyazlar almaq üçün təxminən 1200 iş yeri açılıb. Diasporadan çox sayda şəxs və şirkət var, müraciət edənlərin 15-20 faizi Diasporadandır.
Diasporada yaşayan ermənilər tərəfindən təxminən 45 şirkət açılıb. Bu deməli ki, istedad axını var”,- deyə Arşakyan qeyd etdi.
Vergi güzəştləri almaq Fransa, ABŞ, Rusiya, Niderland, Avstraliya, Gürcüstan, İsveçrə, İran, Almaniya, Birləşmiş Kırallıqdan müraciət ediblər. Müraciət edən şirkətlər müxtəlif sahələrdə fəaliyyət göstərir.
Ermənistanda beynəlxalq şirkətlərin yeni ofisləri də açıldı.