Dilijanda ER Yüksək Texnologiyalar Sənayesi Nazirliyi və ER Diaspora məsələləri üzrə baş müvəkkilin ofisi tərəfindən birgə keçirilən Diasporanın “Potensial” (“NerUj”) texnologiyalar startaplar layihəsinə start verilib. Armenpress yazır ki, artıq ikinci dəfə keçirilən proqramda dünyanın 17 ölkəsindən seçilmiş 47 texnologiya startaplardan 80 iştirakçısı iştirak edir. 4 günlük proqramın ən yaxşı iştirakçılarına öz startapları həyata keçirmək üçün grant veriləcəkdir.
ER Diaspora məsələləri üzrə baş müvəkkili Zareh Sinanyan qeyd etdi ki, “Potensial” layihəsinin iki vacib elementi var. Bunlar startaplar vasitəsilə iqtisadi inkişaf və vətənə dönüşdür.
“Startap proqramını dünyanın istənilən ölkəsində həyata keçirə bilən insanlar bunu Ermənistanda etməyi üstün tuturlar. Bu, artıq bizim üçün böyük qələbədir”,- deyə Zareh Sinanyan qeyd etdi.