Moskva ümid edir ki, Bakı ER Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsini həlli Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmasına dair bəyanatını dəstəkləyəcək. Bu barədə Rusiya Federsaiyasının Şurasını beynəlxalq siyasət üzrə komitəsinin sədri Konstantin Kosaçov Ruben Rubinyanla birgə mətbuat konfransında bildirib.
“Belə münaqişələrin həlli güc yolu ilə ola bilməz, o siyasi olmalıdır”,- deyə Kosaçov bildirib.
Tərəflər Paşinyanın bəyanatına əhəmiyyət veriblər.
“Rusiya tərəfi təəssüflənir ki, Azərbaycan tərəfi hələ ki belə bir cavab verməyib. Ümidvarıq ki, belə bəyanatlar səsləndiriləcək, o, münaqişələrin həlli baxımından çox vacibdir”,- deyə Kosaçov bildirib.
Qeyd edək ki, ER Baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Yerevan, Stepanakert və Bakı üçün məqbul olmalıdır.