Ermənistan və Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir və bu, liderlərin müntəzəm görüşlərində, iki ölkə parlamentlərinin müvafiq komitələrinin birgə iclaslarında əks olunur. Bunu Rusiya Federasiyası Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev Yerevanda ER Xarici Əlaqələri üzrə Daimi Komitəsi ilə birgə iclasdan sonra bildirib.
“Ölkəmiz və parlamentimiz üçün Ermənistanla qarşılıqlı əməkdaşlıq ən yüksək səviyyədədir. Parlament rəhbərlərinin ildə ən azı iki dəfə keçirilən görüşləri və ikitərəfli komitənin müntəzəm iclasları buna sübutdur. Federasiya Şuramızda Qazaxıstandan başqa heç bir xarici tərəfdaşla belə bir əlaqəmiz yoxdur”,-deyə Kosaçev qeyd etdi.