“Musa dağının 40 günü” romanı latış dilində tərcümə olunub

Latviyada Frants Verfelin “Musa dağının 40 günü” romanı tərcümə olunub. Bu barədə Ermənsiatnın Latviya, Litviya və Estoniyada fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtchyan facebook səhifəsində yazıb.
“Latviyanın Yanis Rouze nəşri Frans Verfelin “Musa Dağının 40 günü” romanının latış dilində tərcüməsini nəşr etdi. Romanı İlze Paegle-Mkrtçyan tərçümə etdi, geniş şərhlər də var. İsrailli profesor, soyqırım mütəxəssisi Yair Oron kitab üçün xüsusi ön söz yazıb, musa dağlı soyqırım mütəxəssisi Vahram Şemasyan da giriş mətni yazıb. Dünyaca məşhur soyqırım alimləri İsrail Çarni (İsrail), Frank Çok (Kanada), Latviya Akademiyasının prezidenti Oyars Sparitis də kitab üçün xüsusi tövsiyələr verdilər. Bu xüsusi nəşr üçün, Erməni Soyqırımı Muzeyi vəonun keçmiş direktoru Hayk Demoyan Musa Dağı qəhrəmanlarının evakuasiya şəkillərini təqdim etdilər, bu şəkillər ilk dəfə nəşr olunub. Nəticədə, akademik fundamental nəşri ilə Musa Dağının bu günə qədər ən yaxşı tərcümələrindən biri olub”,- deyə səfir Mkrtçyan yazıb.
Romanın nəşri və tərcüməsi Ermənistanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilmişdir.