
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 20-də Sankt-Peterburqa gedəcək. Hökumət nümayəndəliyini Sank Peterburqa ezamiyyətə göndərmək barədə ER Baş nazirinin sərəncamı ER hökumətinin e-gov.am saytında dərc olunub.
ER Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB üzvü olan dövlətlərin qeyri-rəsmi zirvə görüşündə iştirak edəcəkdir.