BaşlıcaSiyasət

Nikol Paşinyan:“Ermənistan dünyanın təhlükəsiz ölkələr siyashısındadır”

ER Təhlükəsizlik sistemində balanslı addımlarla elə dəyişikliklər edilməli ki, Milli Təhlükəsizlik Xidməti daha təsirli olsun. Bu barədə Milli Təhlükəsizlik orqanlarının əməkdaşlarının gününə həsr olunmuş təntənəli iclasında çıxışında ER Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistabn daxili və xarici təhlükəsizliyi prioritetlərin prioriteti hesab edirəm. Bu vəziyyətdə vacib quruluşlardan biri də Milli Təhlükəsizlik Xidmətidir.

Ermənistan vəziyyəti çətin, daim gərginləşdiyi bir bölgədədir və təhlükəsizlik, beynəlxalq və regional vəziyyət baxımından uzunmüddətli çağırışlarımız olacaq. Qeyd etmək istəyirəm ki, son məlumatlara görə, bu gün Ermənistan ən təhlükəsiz ölkələr siyahısındadır”,- deyə Nikol Paşinyan bildirib.

Daha çox göstər
Back to top button