
Ədliyyə naziri Rustam Badasyan Əbu-Dabi-də donor təşkilatları olan Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının oğurlanmış aktivlərin geri qaytarılması təşəbbüsü, Avropa Komissiyası, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Bürosu, BMT İnkişaf Proqramının nümayəndələri, həmçinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri ilə görüşündə iştirak edib.
ER Ədliyyə Nazirliyindən veridiyi məlumata görə, görüş zamanı Rustam Badasyan Ermənistanda keçirilən korrupsiyaya qarşı tədbirləri, islahatların əsas istiqamətlərini və gələcək tədbirlərini təqdim edib. Onlar əsasən artıq yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının alətləri, formalaşdırılacaq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin funksiyaları, korrupsiyaya qarşı təhsil proqramlarının icrası və məhkum hökmü olmadan əmlakın müsadirə edilməsi üçün mülki hüquqi mexanizmlərin tətbiqi ilə bağlı qanunvericilik işləriylə əlaqədardır.
Ədliyyə naziri, donor təşkilatlarının tərəfdaşları ilə gələcək əməkdaşlığın mümkün istiqamətlərini də müzakirə edib.