
Ermənistan Respublikası və Avropa İnvestisiya Bankı, Ermənistanın Yol Təhlükəsizliyinin Təkmilləşdirilməsi Proqramının həyata keçirilməsini dəstəkləmək üçün Qonşuluq İnvestisiya Platforması qrantını imzalamışdır. Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur nazirliyindən verilən məlumata görə, bu razılaşma Avropa Komissiyasına layihəni 4,25 milyon avroya qədər maliyyələşdirməyə imkan verəcəkdir.Layihəyə həmçinin Avropa Komissiyasının 650 000 avro dəyərində əlavə texniki yardım və AB-nin rabitə tədbirləri, xüsusən də Ermənistanda yol təhlükəsizliyinin yaxşılaşdırılması üçün 200 000 avro dəyərində büdcədən əlavə yardım ayrılması da tədbiq olunub