Başlıcaİctimaiyyət
ER hökuməti üçün xidmət elektromobilləri

ER hökuməti gələcəkdə elektrik maturlu maşınlardan istifadə edəcək.
Bunu “Armenpress”-ə müsahibədə ER Ətraf mühiti naziri Erik Qrigoryan deyərək əlavə etdi ki, layihə Qlobal Ekologiya Fondu tərəfindən verilən ekoloji qrant vasitələri ilə həyata keçiriləcək.
“Layihə bu ilin sonunda gərçəkləşdiriləcəkdi, lakin bəzi dəyişikliklər oldu. Global electric mobility layihəsi davam etməkdədir və bir çox ölkələrdə həyata keçirilir”,-deyə Qrigoryan qeyd etdi.
Onun sözlərinə görə, hökumət üzvləri üçün nəzərdə tutulan elektrik matprlu xidmət maşınlarının layihəsi təsdiq edilmişdir.
Layihənin ümumi dəyəri təxminən 700.000 dollardır.