Mədəniyyət
Ermənistan və İtaliya tarixi abidələrin qorunmasında əməkdaşlıq edəcəklər
Ermənistan və İtaliya tarixi abidələrin qorunmasında əməkdaşlıq edəcəklər. Bu barədə jurnalistlərə müsahibəsində ER Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Narine Xaçatryan bildirib.
“Biz abidələrin qorunması ilə bağlı qanunvericilik dəyişiklikləri hazırlayırıq. İtaliya ilə ilkin razılığımız var. İtaliyanın bu istiqamətində çox yaxşı təcrübəsi var və abidələri qoruyanların institutu var. Onlar Müdafiə Nazirliyinin tabeliyində olan tarixi abidələrin qorunması üçün olan birliklərdir. Ermənistanda da bu təcrübədən istifadə etmək niyyətindəyik. 2020-ci ilin yazında italiyalı mütəxəssislər Ermənistana gələcəklər, öz təcürbələrini təqdim edəcəklər”,- deyə Narine Xaçatryan bildirib.