
Ermənistanda xizək idmanı və turizm akademiyası yaradılacaq. Bu barədə jurnalistlərlə söhbət zamanı Xizək idmanı federasiyasının baş katibi Gagik Sargsyan deyib.
“Akademiyanın iki istiqaməti olacaq: xizək təlimçilərinin hazırlanması və gənc xizəkçilərin hazırlanması üçün xüsusi proqram. Beynəlxalq Federasiya ilə hər il təlimçilərin dərs hazırlanması və təkmilləşdirməsi üçündanışıqlar aparırıq.
Digər istiqamət gənc xizəkçilər üçün müvafiq təlim şəraitlərinin yaradılması və gənc xizəkçilərin hazırlanma proqramıdır.
Akademiyanın mərkəzi Aşotskda olacaq. Orada artıq xizək idmanının yeni qurulmuş mərkəzi fəaliyyət göstərir. Akademiya Aşotskı xizək sürməsi, dağ-xizmək, snoubord üçün böyük mərkəzə çevrilməyə təşviq edəcək. Proqram çərçivəsində hökumətin dəstəyiylə 500 metr uzunluğa malik olan yeni kiçik kanat inşa ediləcəkdir”- deyə Gagik Sargsyan deyib.