BaşlıcaSiyasət

Rusiya qırıcıları Ermənistana verilməzdən əvvəl son sınaqlardan keçirlər

Hərbi ekspert Leonid Nersisyan öz “Facebook” səhifəsində Rusiya Su-30MS qırıcılarının fotolarını yerləşdirib. Ekspertin sözlərinə görə, təyyarə Ermənistana çatdırılmazdan əvvəl son sınaqlardan keçir.

“Mümkün bir sövdələşmə haqqında ilk yazan mən olmuşam. Nəticədə bu reallığa çevrildi” -deyərək Nersisyan yazıb.

ER  Müdafiə naziri David Tonoyan bundan əvvəl Ermənistanın Rusiya ilə müqavilə əsasında 4 Su-30SM qırıcı təyyarəsini 2020-ci ilin yanvar-fevral aylarında alacağı barədə məlumatlandırmışdı.

Daha çox göstər
Back to top button