
Artsaxda gələn il sosial müdafiəsini və əhalinin həyat səviyyəsinin artırılmasını mühüm sayaraq, əhalinin gəlirlərinin artırılması istiqamətində bir sıra proqramlar keçiriləcək. Bu barədə AR Parlametində keçirilmiş “AR 2020-ci il dövlət büdcəsi barədə” qanun layihəsinin müzakirəsi zamanı AR Prezidenti Bako Sahakyan deyib.
Onun sözlərincə, 2020-ci ildə 23 min 500 pensyaçının pensiyalarının orta hesabla 10% ilə artırılması planlaşdırılır. Bunun üçün dövlət büdcəsindən 1 mlrd 200 min dram ayrılacaq. Təhsil müəssisələrində çalışan təxminən 3600 müəllimlərin əmək haqqı 10% ilə artırılacaq, bünü üçün 700 mln dram ayrılmağı planlaşdırılır.
Respublikanın Prezidenti vurğulayıb ki, minimum əmək haqqı da tədricən artırılacaq. 2020-ci ilin yanvarın 1-dən minimum əmək haqqının həcmi indiki 55 min dram əvəzinə 68 min dram təşkil edəcək.