İctimaiyyət

AXCP fəalı həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt təşkilatının fəalı Kənan Əzizlinin dekabrın 22-də Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs aldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Məlumata görə, məhkəmə K.Əzizlini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinin tələblərini pozmaqda təqsirli bilib.

«K.Əzizli dekabrın 21-də qaldığı evdən Sumqayıt Şəhər Polis İdarəsinə gətirilib, gecəni orada saxlanıb. Dekabrın 22-də hakim önünə çıxarılıb», – AXCP-dən vurğulayıblar.

Partiyadan habelə deyiblər ki, K.Əzizlinin saxlanılması siyasi fəallara təzyiqlərin davamıdır.

Daha çox göstər
Back to top button