İctimaiyyət
Bir qrup “Gəncə məhbusu”nun aclıq aksiyasına qoşulduğu deyilir

Dekabrın 22-də 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 7 “Gəncə məhbusu” rəsmi müraciətlə aclıq aksiyasına başladıqlarını bildiriblər. “Meydan.tv” saytına əsasən, bu barədə məhbusların ailələri məlumat yayıb. Məlumatda bildirilir ki, məhbusların aclıq aksiyasına başlamasına səbəb kimi Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Gəncə məhbuslarının ailələrinə qarşı sərt davranışı, Gəncə Şəhər Polis İdarəsinin məhbus ailələrinə təhdidləri və məhkəmələrin qərarlarına etiraz olaraq göstərilib.