
2019-cu il AİB bütün üzv ölkələri, xüsusilə də Ermənistan üçün səmərəli və uğurlu idi. Bunu Yerevanda kçirilmiş Avrasiya İqtisadi Klubunun 6-cı illik iclasında Avrasiya Ekspertlər Klubunun koordinatoru Aram Safaryan bəyan edib.
RF-nın Ermənistandakı Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri Aleksey Sinegubov bildirib ki, iki ölkə arasında münasibətlər ənənəvi olaraq yüksək səviyyədədir.
“Söhbət yalnız siyasi dialoqdan deyil, iqtisadi əlaqələrdən də gedir. 2019-cu ilə nəticələrinə görə, Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi ilk dəfə rekord həddə çatıb və 2 milyard dollarla artıb”.
O həmçinin xatırlatdı ki, Ermənistanda rus kapitalı ilə 2 min müəssisə fəaliyyət göstərir və bunların əksəriyyəti böyük vergi ödəyicilərilərdir.