BaşlıcaSiyasət

N.Paşinyan: “Ermənistan Artsaxda hərtərəfli təhlükəsizliyin qarantı kimi çıxış etməyİ davam edəcəkdir”

Ermənistan Artsaxın hərtərəfli təhlükəsizliyinin qarantı kimi çıxış etməyi davam edəcəkdir.  Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan  Yerevanda keçirilən Ermənistan və Artsax Təhlükəsizlik Şuralarının birgə iclası ərzində bəyan edib.Bu haqda Baş nazirin  iş heyətindən  məlumat verilib. Nikol Paşinyan öz nitqində xüsusilə  deyib:

“Stepanakertdəki ilk ortaq görüşümüzdə, Artsax münaqişəsinin sülh yolu ilə həllində irəliləyişin həlli üçün vacib olan iki məsələni qeyd etdim. Birincisi, Artsaxın münaqişənin əsas tərəfi kimi iştirakını təmin etməkdir ki, onun da ünvanı  aydındır, yəni Artsaxın əsas məsələsinin sülhlə nizamlanması  istiqamətində irəliləyişi qeyd etməkdir . Bu baxımdan Ermənistan Respublikası və Artsax Respublikası  hakimiyyətlərinin atdığı addımları  nailiyyətli  nəticələndi.Bu addımların qeyri-qanuni dövrdən sonra yaradılan obyektiv reallığı əks etdirməsi vacibdir ki o da Ermənistanda zorakılıqla olmayan , Məxməri xalq inqilabıdır.Bu obyektiv gerçəkliyin xüsusiyyətləri nələrdir?

Birincisi, Ermənistandakı dəyişikliklər Artsaxın subyektivliyini əhəmiyyətli dərəcədə artırdı və Ermənistan və Artsax hakimiyyətləri arasındakı münasibətlərin ədalətli olduğunu bir daha vurğuladı.İkincisi, qərar qəbul etmək mədəniyyəti dəyişdi və insanların və cəmiyyətin bu qərarların təsirində rolu təkcə Ermənistanda deyil,  eləcə də Artsaxda dəyişdi. Məlumdur ki, Artsax məsələsində xalqın etimadının iştirakı və ifadəsi olmadan heç bir ciddi irəliləyiş əldə edilə bilməz. Odur ki,münaqişə zonasında yaşayan insanların rəyi daha vacibdir, çünki onlar hər hansı bir həllin faydaları və risklərinin birbaşa daşıyıcıları olacaqlar.Bu reallıq daha çox Artsax xalqının və seçilmiş hakimiyyət orqanlarının sülh prosesindəki rolunu daha çox vurğulayır. Bu baxımdan, mart ayında Artsaxda keçiriləcək seçkilər daha vacib olacaqdır. Münaqişənin həllinə yönəlmiş bütün əsas sənədlər yaxud Artsaxın seçilmiş hakimiyyət orqanlarının iştirakına dair arayışlar Artsaxın seçilmiş hakimiyyət nümayəndələri tərəfindən təsdiq edilmişdir”-deyərək  ER Baş naziri  bəyan edib.

Daha çox göstər
Back to top button