
29 saylı Səbayel Seçki Dairəsinin 5-ci seçki məntəqəsində bir qrup şəxs bələdiyyə seçkilərində səs vermək üçün yenidən səsverməyə buraxılır. Turan agentliyi yazır ki, bu barədə həmin dairədə namizədliyini irəli sürmüş gənc fəal Elgiz Qəhrəman məlumat verib.
“Məntəqədə vətəndaşın səs verib-verməməsini yoxlayan xanım eyni adamı, hətta eyni qrupu təkrar səsverməyə buraxır. Gördü ki, mən pozuntunu qeyd etdim, bunu dayandırdı”, – E.Qəhrəman deyib.
29 saylı Səbayl Seçki dairəsinin dairə seçki komissiyasının sədri Cahangir Məmmədov Turan-a bildirib ki, məsələ araşdırılıb və məlumatın təsdiqlənməyib.
“Veb kamera vasitəsilə həmin məntəqəni izləyirəm. Bu məlumat təxribat xarakterlidir”, – C.Məmmədov bildirib.