BaşlıcaSiyasət

Nikol Paşinyan: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli Azərbaycan üçün fəlakətli nəticələrə səbəb olacaq”

Ermənistan Hökumətinin əvvəldən Artsax məsələsinin həlli kontekstində konstruktiv yanaşması var və məmnuniyyətlə qeyd etməliyəm ki, bunu beynəlxalq tərəfdaşlarımız tərəfindən də qeyd edilir.

Bu barədə Yeravanda Ermənistan və Artsax Təhlükəsizlik Şuralarının birgə iclasında ER Baş naziri Nikol Paşinyan bildirib. Bu barədə ER Baş nazirin Administrasiyasından məlumat verilib.

“Artsax məsələsinin həllinin konspetual səviyyəsində biz çox sadə, məntiqli və başa düşülən bir prinsip təklif etdik. Artsax məsələsi Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Bu prinsipi bəyan edində Azərbaycan prezidentinin oxşar bəyanatla çıxış edəcəyinə ümidvar oldum, bu isə danışıqlar prosesində ciddi irəliləyiş üçün böyük imkanlar açacaqdır.Təəssüf ki, hələ də Azərbaycan prezidentinin oxşar bəyanatını eşitmədik, hesab edirəm ki, münaqişənin həllində maraqlı olan bütün beynəlxalq qurumlar və tərəfdaşlar Azərbaycan prezidentinin belə bir bəyanatla çıxış edəcəyi üçün şəylər göstərməlidir, çünki münaqişənin nizamlanmasının bir tərəfi üçün məqbul olan,  digər iki tərəflərinin maraqlarına uyğun olmayan ssenariyası danışıqlar prosesində nəticəsiz vəziyyət yaradacaq.

Üstəlik, hesab edirəm ki, hamı bilir ki, Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Belə cəhdlər ilk növbədə məhz Azərbaycan üçün fəlakətli nəticələrə səbəb olacaq, xüsusən də bir necə dəfə qeyd etdim ki, son bir yarım ildə son illərdə görünməmiş miqdarda və keyfiyyətdə silah və döyüş sursatı əldə etdik, Silahlı Qüvvələrdə ordumuzun döyüş hazırlığını da artan islahatlar həyata keçirdik və həyata keçiririk.  Bir daha vurğulamaq istəyirəm ki, bu hərəkətlər biz müharibə üçün yox, sülh üçün həyata keçiririk, Ermənistan, Artsax və ümumiyyətlə erməni xalqı ilə güc yolu ilə danışmağın bütün cəhdləri mənasızdır. Bu baxımdan Ermənistan yalnız Artsax təhlükəsizliyinin qarantı rolunu həyata keçirmir, həm də bölgədə  sülhün qarantı kimi daha böyük rol oynamalıdır.

Daha çox göstər
Back to top button