BaşlıcaBeynəlxalq

“Qafqaz pələngi”. TİME Ermənistana toxunub

Dünyanın ən nüfuzlu jurnallarından biri olan  TİME inqilabdan sonra  ölkədəki  dəyişikləri və iqtisadi artım tempini nəzərə alaraq,  Ermənistanı “Qafqaz pələngi”  adlandırıb, bu barədə  baş nazir Nikol Paşinyan  öz feysbuk səhifəsində yazı dərc edib.

“Dünyanın ən nüfuzlu jurnallarından biri “TİME” 2019-cu ildə  Ermənistanın göstərdiyi  iqtisadi nəticələrindən təsirlənərək, Ermənistanı “Qafqaz pələngi” adlandırıb. Diqqət yetirin, biz deyil,  “TİME” belə deyir”- deyə Paşinyan bildirib.

Məqalədə  ölkədə  məxməri inqilabdan sonra  baş verən dəyişikliklər və 7 faiz iqtisadi artım tempi, eləcə də Moodys reytinq agentliyi tərəfindən Ermənistanın  reytinqinin  yüksəldilməsi vurğulanır.

Qeyd edilir ki, bu artımda iqtisadi strukturun dəyişiklikləri və orta illik artım 20 faiz olduğu İT sahəsinin dəyişiklikləri əhəmiyyətli rol oynayır.

Turizm sahəsində  əldə olunan irəliləyiş də qeyd edilir. Birbaşa xarici sərmayə təxminən  250 mln dollar təşkil edib.

Daha çox göstər
Back to top button