
Ermənistan Respublikası Silahlı qüvvələri Rusiyanın itehsalı olan ən müasir hava hücumundan müdafiə TOR-M2 KM sistemləri ilə təchiz edilmişdir. Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.
“Ermənistan Silahlı qüvvələri Rusiyanın 2019-cu il istehsalı olan ən müasir hava və zenit-raket hücumlarından müdafiə TOR-M2 KM sistemləri ilə təchiz olunmuşdur. Miqdarı barədə heç nə deyə bilmərəm. (Hərbi sirrdir )- deyərək ER Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.