Siyasət

Bələdiyyə üzvlüyünün namizədi bildirib ki, seçkilərin nəticələri saxtalaşdırılıb

Bazar ertəsi Qaraçuxur qəsəbəsi bələdiyyə şurasına yerli seçkilərdə namizədliyini irəli sürən bloger Mehman Hüseynov bildirib ki, səslərin sayılmasının yekunlarına əsasən liderlər sırasındadır. Bu barədə o, Facebook səhifəsində yazıb.

M.Hüseynovun sözlərinə görə, 37 seçki məntəqəsindən ən azı 7-də digər namizədlərdən böyük fərqlə birinci yeri tutur.

M.Hüseynovun müşahidəçilərinin məlumatına görə, o, bir çox başqa məntəqələrdə də səs çoxluğu qazanıb, lakin hələlik onların yekunları protokollarda rəsmi əksini tapmayıb.

MSK-nın saytındakı rəsmi məlumata görə, bloger Mehman Hüseynov 31 saylı Suraxanı ikinci seçki dairəsində bələdiyyə üzvü seçilməyib. MSK-nın versiyasına görə, daha çox səs toplayan 17 nəfərin arasında onun adı yoxdur.

M.Hüseynov bildirib ki, nəticələr saxtalaşdırılıb, əksər ərazilərdə onun müşahidəçilərini səslərin hesablanmasına buraxmayıblar.

Daha çox göstər
Back to top button