
Yaxın illərdə 102-ci hərbi bazasının infrastrukturlarının inkişafı planlaşdırılır. Bu barədə il yekunlarına həsr olunmuş mətbuat konfransında RF-nın ER-dakı səfiri Sergey Kopirkin qeyd etdi.
“Bu ildə Rusiyanın 102-ci hərbi bazasının hərbi hazırlıq səviyyəsini artdırmaq üçün addımlar atılıb. Ciddi nəticələrə nail olduq. Hərbi bazanın döyüş potensialını iki dəfə artırmaq planları var. Yaxın illərdə hərbi baza infrastrukturlarının, o cümlədən sosial infrastrukturların inkişafı da planlaşdırılır”,-deyə səfir qeyd etdi ki, beləliklə, Rusiya hərbi bazası ikitərəfli hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə yanaşı, sosial sahəyə də real təsir göstərəcəkdir.